İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki, rəssam Ramin sərginin məqsədini belə izah edib: “Mənim hədəfim bu sərgidə Güney Azərbaycanı, Türkiyə və dünya icitmaiyyətinə tanıtmaqdır”.
Ankarada \”Hacettepe Universiteti\”-nin incəsənət tələbəsi Ramin Abdullazadə Güneylə bağlı çəkdiyi rəsm əsərlərini iyunun 16-dan,18-dək nümayiş etdirib.
Sərgidə Güney və Quzey Azərbaycan siyasi və tanınmış şəxsiyyətlərinin portretləri, o cümlədən Məhəmməd Əmin Rəsulzadə, Atatürk, Əbulfəz Elçibəy, Babək Xürrəmdin, Şəhriyar, Səid Mətinpur və digərlərinin rəsmləri nümayiş etdirilib.
İnterpress