İnterpress.az xarici mətbuata istinad edərək xəbər verir ki, İngiltərə, İŞİD-ə qarşı əməliyyatlarda yer alacaq Fransız \”Şarl de Qoll\” təyyarə gəmisinə, döyüş gəmisi dəstək verəcəyini bildirib.
İngilis donanmasına aid \”HMS Defender\” döyüş gəmisinin, Fransanın İŞİD-ə qarşı hava əməliyyatlarında istifadə edəcəyini bildirdiyi 24 təyyarə daşıma yeri olan \”Şarl de Qoll\” təyyarə gəmisinə havadan müdafiə dəstəyi verəcəyi açıqlanıb.
İngiltərə Müdafiə Naziri Maykl Fallon, Fransanın İŞİD-ə qarşı mübarizə əzminə diqqəti çəkərək bu mübarizəyə dəstək verəcəklərini deyib.
Fallon,\” Bu vəhşi terrorçu təşkilat yox edilməli və bizim də onlarla mübarizəyə verəcəyimiz hər cür dəstəyi təmin etməyimiz doğrurudur. İŞİD-ə qarşı öz kəşfiyyat və hava əməliyyatlarımızı davam etdirəcəyik. Fransadan AB-yi Müqaviləsinin 42-ci maddəsi çərçivəsində gələcək digər dəstək tələblərini də dəyərləndirəcəyik\” deyə danışdı.
Fransa Prezidenti Fransua Olland, dünən parlamentdə etdiyi çıxışında, iŞİD-ə qarşı əməliyyatlarda yer alacaq \”Şarl de Qoll\” təyyarə gəmisinin cümə günü yola çıxacağını bildirmişdi.
Interpress