Camaati İslami liderinin edam cəzası təsdiq olundubackend

Camaati İslami liderinin edam cəzası təsdiq olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Banqladeşdə \”Camaati İslami\” liderlərindən Əli Həsən Məhəmməd Mücahid və Banqladeş Milli Partiyası liderlərindən Səlahəddin Qədr Çavdarinin edam cəzası təsdiqləndi.
Banqladeş Ali məhkəməsi, 2010-ci ildə yaradılan və 1971-ci ildə ölkənin Pakistandan ayrıldığı müharibədə,müharibə cinayəti törədənlərin mühakimə olunduğu Beynəlxalq Müharibə Cinayətləri Məhkəməsinin iki lider ilə bağlı verdiyi edam qərarını təsdiq edib.
İki lider verilən edam cəzasının ləğvi üçün Müharibə Cinayətləri Məhkəməsinin Qərarını şikayət etmişdi. Ali Məhkəmənin verdiyi qərar qəti qərar xarakter daşıyır. Hər iki liderin də yaxın bir zamanda ölüm cəzasının icrası gözlənilir.
1971-ci ildə Banqladeşin Pakistana qarşı apardığı müharibədə \”Camaati İslami\” ölkənin Pakistandan ayrılmasına qarşı çıxmış və müharibənin baş verməməsi üçün çox səy göstərmişdi.

Interpress