İnterpress.az Qərb mətbuatına istinadən xəbər verir ki, Kosovoda məclis zalına göz yaşardıcı qaz atan müxalif deputatlar Alpın Kurti, Albulena Haciu, Faton Topallı və Donaka Kaday-Buyupinin həbs edilmələrinə dair qərardan sonra, müxalif partiya tərəfdarları polislə toqquşdu.
Baş nazirin binası önünə gələn nümayişçilər, Kosovonun Gələcəyi İttifaqı (AAK) partiyasının millət vəkili Donika Kaday-Buyupinin sərbəst buraxılmasını istədi. Aksiyaya Vetvendosye Hərəkatı Lideri Visar Ymeri, AAK Partiyası Sədri Ramuş Haradinay, NİSMA Partiyası Sədri Fatmir Limay və Alpın Kurti də iştirak edib.
Interpress