İnterpress.az Kəpəz TV-yə istinadən bildirir ki, tüstüdən boğulmaq təhlükəsi ilə üz-üzə qalan vətəndaşlar mənzillərini tərk etməli olublar.
Ötən gün axşam saat 23:50-də Gəncə şəhəri, İsax Cəfərov kücəsi, bina 4-ün 2-ci blokunda anidən yanğın hadisəsi baş verib. Zirzəmidən başlayan alov tüstüsü qisa zamanda bütün ərazini bürüyüb, dərhal hadisə yerinə iki yanğınsöndürmə briqadası cəlb olunub.
Görülən qabaqlayıcı tədbirlər nəticəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Ancaq yaranan tüstü bir müddət binanın daxilindən çəkilməyib. Bu üzdən də sakinlər bir neçə saat həyətdə qalmalı olublar.
Mahir Yusibov, sakin: \”3-cü mərtəbədə yaşayırıq. Bir də xəbər eşitdik ki, zirzəmi yanır. Hələ dəqiq bilmirik nədəndir. İyi və tüstüdən bildik ki, yanğın var\”.
Sahibə Quliyeva: \”Gördüm, iyi gəlir evə. Evi axtardım, heç nə yox idi. Pəncərəni açanda gördüm ki, uşaqlardan biri çığırır ki, zirzəmi yanır. Biz uşağın birini düşürdük, qalanları qorxularından evdə qalıblar. Tüstü evlə birdir\”.
Qeyd edək ki, yanğın zamanı binanın zirzəmisində 10 kvadratmetr sahədə zibil qalıqları yanıb. İlkin ehtimala görə, yanğına da məhz zirzəmiyə atılan zibil qalıqları səbəb olub.
İnterpress.az