“MTN işi”nə görə hərbi general da vurula bilər – Qohumluq əlaqəsibackend

“MTN işi”nə görə hərbi general da vurula bilər – Qohumluq əlaqəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”AzNews.az\” a istinadən xəbər verir ki, “MTN işi”nə görə işdən çıxarılan və hazırda ev dustağı olan Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevin yaxın adamı – qudası general-mayor Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini işləyir. Onun da bu yaxınlarda MTN-də baş verən hadisələrə görə dindiriləcəyi bildirilir.

Qeyd edək ki, “MTN işi”nə görə indiyə kimi xeyli sayda yüksək vəzifəli şəxs istintaqa cəlb olunub. Onlar arasında MTN-də işləməyən, lakin E.Mahmudovun cinayətlərində iştirakı ehtimalı olan, eləcə həbs olunan şəxslərin vəzifədə olan qohumları da var.

İnterpress.az