İnterpress.az rus mətbuatına istinadən xəbər verir ki, Kreml Sarayı Mətbuat Katibi Dmitri Peskov, Suriyada quru əməliyyatı olmayacağı və regionda Rus Quru Qoşunlarının olmadığını açıqlayıb.
Mətbuatın suallarına cavab verən Peskov, Suriyada Rusiyanın hava əməliyyatına toxunub. Rus \”Vedmosti\” gəzetinin \”Rus topçu birliyinin Suriya ordusuna top atəşi ilə dəstək verdiyi\” xəbərilə bağlı iddialarını qəti dillə təkzib edən Peskov, \”Orada (Suriya) quru qoşunlarımız yoxdur və Rusiya ordusu orada quru əməliyyatı aparmır. \”Vedmosti\” qəzetinin nəyə istinad etdiyini bilmirəm. Təbii ki, orada texniki heyət var. Onların da işi Rusiyanın hava əməliyyatını təmin etməklə bağlıdır\”. Dedi.
Jurnalistlərin, \”Qaubitsa topçu birliyinin mövqeyi daxil, Suriyada Rus Hərbi Qüvvələrinin mövqelərini göstərən xəritələrin yer aldığı görüntü\” ilə bağlı suallarını isə Peskov belə cavab verib: \”Biz hərbi xəritə mütəxəssisi deyilik. Məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət edin\”.
İnterpress.az