ABŞ-dan İrana neft jesti!backend

ABŞ-dan İrana neft jesti!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ rəhbərliyi, dünyada İrandan neft və neft məhsulları alışını azaldacaq imkanlar yaranmasına baxmayaraq, Tehran ilə 5+1 ölkələri arasındakı müqaviləyə mane olma addımı atmayacağını və İranın edəcəyi neft satışlarının səviyyəsinin eyni qalacağını bildirib.
Ağ Ev, ABŞ Prezidenti Barak Obama tərəfindən imzalanan \”İrandan neft qəbulu məsələsindəki rəhbərlik qərarını\” elan etdi.
Buna görə, Obama, qərarında müvafiq orqanlar tərəfindən Konqresə təqdim olunan hesabatı araşdırdığını, qlobal iqtisadi vəziyyət, müəyyən ölkələrin artırdığı neft hasilatı, ehtiyat tutum səviyyəsi və strateji ehtiyatları nəzərə aldığını bildirib.
Obama, başqa ölkələrdən neft və neft məhsulları təmin etməyə yönələn kifayət qədər tədarük imkanı olduğunu, bunların da xarici maliyyə qurumları tərəfindən, ya bunlar vasitəsilə İrandan satın alınacaq neft və neft məhsullarını azaltmağa yetəcək səviyyədə olduğunu ifadə etdi.
Obama, \”Ancaq Noyabr 2013-də 5+1 ölkələri, İran və AB-yi arasında İranın nüvə proqramına dair problemləri qarşılamaq üçün əldə olunan müvəqqəti nizamlama olan \”Birgə Fəaliyyət Planı\” razılaşmasında, ABŞ İrandan o zamankı səviyyədə neft qəbulunun davam etməsinə icazə verəcəyini öhdəlik götürmüşdü. Beləliklə rəhbərliyim altında İrandan neft alışını azaltmaq niyyətində deyilik. Bu vəziyyəti yaxından izləməyə davam edəcəyəm\” dedi.
ABŞ Enerji Məlumat İdarəsinin göstəricilərinə görə, İran Noyabr 2011-də gündəlik 3,7 milyon barrel neft istehsal edirdi. Ancaq İranın nüvə proqramı səbəbindən Qərb ölkələri tərəfindən tətbiq edilən sanksiyalarla istehsal miqdarı Noyabr 2013-də gündəlik 2,8 milyon barrelə düşmüşdü.

İnterpress.az