İnterpress.az xarici mətbuata istinad edərək xəbər verir ki, Paris hücumlarını planlaşdırdığı ehtimal edilən İŞİD üzvü Əbdülhəmid Abaaoudun öldürüldüyü xəbər verildi. Digər tərəfdən, Paris Prokuroru bugünkü axtarışlarda nəzarətə alınanların arasında Abaaoudun olmadığını açıqlayıb.
\”Vaşinqton Post\”-un Kəşfiyyat rəsmilərinə əsaslandırdığı xəbərinə görə, Paris hücumlarının memarı olduğu güman edilən Belçika vətəndaşı olan \”Əbu Ömər əl Belçiki\” ləqəbli Əbdülhəmid Abaaoud öldürülüb.
Dünən keçirilən şəfəq əməliyyatı da onu yaxalamaq üçün idi. Suriyadan Avropaya keçdiyi ehtimal edilən Abbaoud, İŞİD-in jurnalında səfərini belə izah etmişdi: \”Kafir, Allah tərəfindən kor edilmişdi. Hətta bir vəzifəli dayandırdı, fotoşəkillə müqayisə etmək üçün, amma oxşarlığı görmədi. Bu Allahın lütfündən başqa bir şey deyil\”.
Parisin Respublika Prokuroru Fransua Molins, 13 Noyabrda Parisdə təşkil olunan terror hücumları ilə bağlı bu gün keçirilən əməliyyatda nəzarətə alınan 8 nəfər arasında, polis tərəfindən axtarılan Əbdülhamid Abaaoud və Salah Abdüssalamın olmadığını açıqlayıb.
Molins, terror hücumları ilə bağlı səhər saatlarında Parisin şimalındakı Sent-Denis şəhərində həyata keçirilən və təxminən yeddi saat davam edən əməliyyatla bağlı mətbuat açıqlaması verib.
Əməliyyatda 8 adamın nəzarətə alındığını və hadisədə ən az iki nəfərin həyatını itirdiyini bildirən Prokuror Molins, əməliyyatın keçirildiyi binanın dağılma təhlükəsi olduğunu və bu səbəblə binadakı arama işlərinin çətinliklə davam etdiyini deyib.
Binadakı terrorçuların qaça biləcəklərini öncədən bildiklərini ifadə edən Molins, əməliyyat zamanı nəzarətə alınanlar arasında Əbu Ömər kimi tanınan Əbdülhamid Abaaoud və Salah Abdüssalamın olmadığını bildirib.
Parisdə 13 noyabrdakı hücumların birinin baş verdiyi Batklan konsert zalı yaxınlığında bir zibil qutusunda, bir cib telefonunun olduğu məlumatını paylaşan Molins, hücumun başlanılması üçün telefondan qısa mesaj atıldığını bildirdi. Molins, qısa mesajda \”Yola çıxırıq və başlayırıq\” ifadəsinin yer aldığını qeyd edib.
Fransanın paytaxtı Parisdə 13 noyabrda baş verən terror hücumlarında 129 nəfər həyatını itirmiş, 352 nəfər yaralanmışdı.
Altı nöqtədə baş verən hücumlar nəticəsində 7 terrorçu ölüb, hücumların məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürmüşdü. Polis hücumların ardından qaçan iki terrorçunun axtardığını bildirmişdi.
İnterpress.az