İnterpress.az Amerika KİV-lərinə istinadən xəbər verir ki, bəzi iri hava limanlarının 2000-ə yaxın işçisi çərşənbə günü axşam əmək haqlarının azlığına etiraz olaraq tətil aksiyasına başlayıb.
Xidmət Sektoru Beynəlxalq Birliyi öz internet səhifəsində bildirib ki, ABŞ-ın Nyu-York, Çikaqo və Boston kimi iri şəhərləri də daxil olmaqla 7 iri hava limanı işçiləri, bu hava limanlarına gedən küçələrdə aksiya keçirirlər.
Aksiya iştirakçıları həmçinin, etiraz haqlarının qorunmasını və sahibkarların podratçı şirkətlərə qarşı cəza tədbirlərinin önlənilməsini istəyiblər.
Amerikada iri hava limanlarının xidmət sektoru işçilərinin bu etiraz aksiyası \”Şükranlıq\” bayramı ərəfəsinə təsadüf edir. Bu bayram ərəfəsində Amerikada səfərlər ən pik həddə olur.
İnterpress.az