İnterpress.az kürd dilli mətbuata istinadən xəbər verir ki, bu gün dövriyyəyə girən yeni 500 dinarlıq əskinasın üzərində Ərəb dili ilə yanaşı Kürd dilinin Sorani ləhcəsində yazı yer alır.
İraq Parlamentinin Maliyyə Komissiyasının üzvü Nəcibə Nəcib, Kürd deputatların təzyiqi nəticəsində Mərkəzi Bankın belə bir qərar aldığını bildirib.
100.000 dinarlıq əskinasın üzərində də Kürd dilində yazı qoyulması üçün icazə verildiyini söyləyən Kürd deputat, \”Mərkəzi Bankı bunun üçün yeni əskinasların çapı üçün xarici bir şirkətə sifariş vermək üçün işə başlandı.\”- dedi.
İraq Mərkəzi Bankı, bir neçə gün əvvəl 50.000 yeni əskinasları dövriyyəyə buraxdı.
Kürd dili, İraqda Ərəb dilindən sonra ikinci rəsmi dil olaraq istifadə edilir.
İnterpress.az