Dərmanlara müqavimət göstərən  bakteriya  geni kəşf edildibackend

Dərmanlara müqavimət göstərən bakteriya geni kəşf edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Çin mətbuatına istinadən xəbər verir ki, \”South China Morning Post\”-un xəbərinə görə, elm adamları, yoluxucu xəstəlik potensialına malik bəzi bakteriya nümunələrində də rast gəlinən geni qorxunc xəstəlikləri qiymətləndirərkən, Cənubi Çin Aqrar Universitetindən Hua Liu, \”MCR-1\”adı verilən genin, özünü cütləyən, xromosom ayrı bir DNT hissəsi olan plazmidlər üzərində kəşf edildiyini söylədi.
Tədqiqatçılar, plazmidler üzərində yerləşməsi səbəbindən müxtəlif bakteriya qrupları arasında asanlıqla hərəkət edə bilən genin sidik yolları xəstəlikləri digər infeksiyalara yol açan E. coli və sətəlcəmə səbəb olan Klebsiella Pneumoniae arasında keçid etdiyinə dair dəlil əldə edildiyini bildirib.
Nəticələri \”Lancet\”jurnalında dərc olunan araşdırmanı dəyərləndirən Birminhem Universitetinin Mikrobiologiya Kafedrasının Professoru Laura Piddok da kolistin ehtiva edən və ferma heyvandarlığında geniş şəkildə istifadə edilən bir antibiotik sinfi olan polimiksinlərə qarşı açılan məhdudiyyətin götürülməsinə çağırıb.
Piddok, \”Polimiksinlərin istifadəsi bir an əvvəl minimuma endirilməli və lazımsız istifadəsi dayandırılmalıdır\”.dedi.
Çin, dünyada əkinçilik və heyvandarlıqda ən çox kolistin istehsalçısı və istifadəçisi olan ölkələrdən biridir.

İnterpress.az