İsrail və Qərbi İordandakı hücumlarda 5 nəfər öldübackend

İsrail və Qərbi İordandakı hücumlarda 5 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Təl-Əvivdəki ilk hücumda bir fələstinli sinaqoq kimi də xidmət göstərən dükanın girişində iki İsraillini bıçaqlayaraq öldürdü.
Daha sora isə bir yəhudi məskəni yaxınlığındakı hücumda üçüncü bir İsrailli, yəhudi bir amerikalı və bir fələstinli öldü.
Son iki ayda bölgədə çıxan münaqişələrdə 15 İsrailli və onlarla fələstinli öldü.
Təl-Əvivdəki hücumu Qərbi İordandan gələn 36 yaşındakı bir fələstinlinin törətdiyi açıqlanıb.
Hücum zamanı sinaqoqda olan digərlərinin təcavüzkarı kənara itələdiyi və qapıya barrikada qurduğu bildirildi.
Hücumun ardından Həmasla əlaqəli bir \”Twitter\” hesabında \”Təl-Əvivdəki qəhrəmancasına hücum. Döyüşçülərimizdən bunu etməyə davam etmələrini istəyirik\” deyildi.\”

İnterpress.az