ABŞ-da  Meksikalı köçü tərsinə döndübackend

ABŞ-da Meksikalı köçü tərsinə döndü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki,\”Pev Araşdırma Mərkəzi\”-nin araşdırmasına görə, 2009-2014-ci illər arasında bir milyondan artıq Meksikalı və ailələri ABŞ-da doğulan uşaqları ilə Meksikaya döndü.
Bu arada həmin dövrdə 870 min Meksikalı ABŞ-a getdi. Beləliklə, bu dövrdə ABŞ-da Meksikalı mühacir sayı 140 min nəfər azalıb.
Bu əhali hərəkatının arxasındakı səbəblərdən biri kimi ABŞ-da iqtisadi böhrandan çıxışın ədalətli olmaması göstərilir.
Tikinti sektoru böhrandan çıxmadı.
Adətən köçkünlərin çalışdığı tikinti kimi sektorlar hələ də 2009 böhranından tam olaraq çıxmadı.
ABŞ Prezidenti seçkilərində sərhəd təhlükəsizliyi müzakirə edilən mövzulardan biri halına gələrkən, araşdırmaya görə daha çox sərhəd idarələri meksikalıların ABŞ-a qaçaq girişini də çətinləşdirir.
ABŞ rəhbərliyi, ölkəyə qeyri-qanuni yollarla daxil olan miqrantları deportasiya etmə səylərini artırır.
Ancaq hesabata görə, ABŞ-da Meksikalıların çoxu öz istəkləri ilə ölkələrinə qayıtdı.
Qayıdanların ən çox dilə gətirdiyi səbəblər isə ailə bağları və Meksikadakı iş imkanlarıdır.

İnterpress.az