Müdafiə Nazirliyi “N” hərbi hissə komandirinin işdən çıxarılmasına dair yayılan məlumatlara münasibət bildiribbackend

Müdafiə Nazirliyi “N” hərbi hissə komandirinin işdən çıxarılmasına dair yayılan məlumatlara münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, kütləvi informasiya vasitələrində dəqiqləşdirmə aparılmadan guya Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Surxay Hüseynovun tutduğu vəzifədən azad edilməsi barədə əsassız və şayiə səviyyəsində məlumat yayılıb: “Konkret olaraq bildiririk ki, polkovnik-leytenant Surxay Hüseynovun xidmətində aparılan araşdırma nəticəsində cinayət əməli olmayan müəyyən çatışmazlıqlar aşkar edilib. O, xidməti zərurətlə əlaqədar bir hərbi hissədən digər hərbi hissəyə daha az həcmli iş olan bərabər vəzifəyə təyin edilib. Yazıda digər şübhə doğuran və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan məqam yaxın qohumların eyni qurumda çalışması məsələsidir.
Bildiririk ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində yaxın qohumların təsnifi verilib (maddə 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar).
Bu səbəbdən də ucuz sensasiya xatirinə dərc edilən məqalədə “yaxın qohumluq” anlayışı məsələsi təhrif edilməklə, onu sifariş verənlərin şəxsi və qərəzli mövqeyi aydın görünür”.

İnterpress.az