Höccətul-İslam Əzimi Qədim “Deutsche Welle”radiyosuna Güneylə bağlı danışdıbackend

Höccətul-İslam Əzimi Qədim “Deutsche Welle”radiyosuna Güneylə bağlı danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Azərbaycanlı milli-mədəni fəal müsahibəsinin bir hissəsində azərbaycanlı millət vəkillərinin İran televiziyasının türkləri təhqir etməsinə qarşı reaksiyalarına işarə edərək bildirib ki, “Əgər millət vəkiilləri seçkilərdən sonra ana dillə bağlı olan anayasanın 15 və 19-cu maddələrinin icrasını tələb etsələr və bu istiqamətdə addımlar atsalar, onda məlum olacaq ki, onların etiraz bəyanatları seçkilərə görə deyildi. Lakin əgər seçkilərdən sonra ildə bir dəfə Azərbaycanı yada salsalar, onda aydın olacaq ki, onlar yenidən millət vəkili seçilmək üçün bu məsələni bir fürsət kimi qiymətləndirib və öz etirazlarını bildiriblər. İndiyə qədər belə işlər çox az olub. Biz inanmırıq ki, Azərbaycanın mənafeyi bu cənablar üçün əhəmiyyət daşısın! Düşünürəm ki, seçkilərdə sonra onlar yenə də öz yollarını davam etdirib və islahatçılarla mühafizəkarlar arasında həll olacaqlar.”

Azərbaycanlı milli-mədəni fəal sözlərinin sonunda Teleradio Şirkəti (səda və sima) idarəçilərinin demokratik bir şəkildə seçilmədiyini, onların yalnız rəhbərin əmri ilə təyin olunduğunu bildirərək, ölkə mediasında etniklərə qarşı təhqirlərin dayandırılacağına ümid etdiyini bildirib.

İnterpress.az