qtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az saytına bildirib ki, benzinin və digər yanacağın qiymətinin yenidən bahalaşacağı və ya ucuzlaşacağı gözlənilmir:
“Bununla bağlı Tarif Şurasına da müraciət daxil olmayıb”.
Azərbaycanda benzini Tarif Şurası sonuncu dəfə 2013-cü il dekabrın 2-də bahalaşdırıb. Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub.
İnterpress.az