Suriya müharibəsinə Çin də qoşulurbackend

Suriya müharibəsinə Çin də qoşulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Fransız donanmasında yeganə təyyarə gəmisi olan \”Şarl de Qoll\” Şərqi Aralıq dənizinə doğru yola çıxdı.
Suriyada Rusiyadan sonra Çinin də müharibəyə girəcəyi istiqamətindəki iddialar təsdiqlənməyə başladı. Suriya müharibəsində Bəşər Əsəd rəhbərliyinə qarşı Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının qətnamələrini dörd dəfə veto edərək sanki qalxan olan Rusiya və Çinin Suriyada ortaq hərəkət edəcəyi irəli sürülür.

Digər tərəfdən Fransa donanmasındakı yeganə təyyarə gəmisi \”Şarl de Qoll\” -da Şərqi Aralıq dənizinə doğru yola çıxdı.

İngilis \”Daily Express\” qəzetinin, Yaxın Şərq və Rusiya mənbəli hesabatlara əsaslandırdığı xəbərə görə, Çin hərbi qüvvələri Suriya yolundadır. Rusiya, 30 sentyabrdan bu yana bombaladığı və İŞİD hədəflərini vurmaqdan daha çox mülki qırğına yol açan bombardmana reaksiyalar gələrkən, Çinin də bu münaqişəyə daxil olma ehtimalı, xaosu daha da dərinləşdirə bilər.

Suriyalı bir hərbi səlahiyyətli şəxsi mənbə göstərən qəzet, son bir həftədə Yaxın Şərqdən gələn hesabatlara görə, Çinin qarşıdakı həftələrdə İŞİD-lə mübarizəyə qatılmağı planlaşdırdığını yazdı. Çin Xarici İşlər Naziri Vanq Yu, Suriya böhranı ilə bağlı Nyu-Yorkdakı BMT Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxışında, \”Dünya əli qolu bağlı dayanA bilməz. Ancaq özbaşına olaraq da müdaxilə edilməməlidir\” demişdi. Vanq həmçinin, \”radikal\” ideologiyalarla mübarizədə millətlərin birgə mövqe nümayiş etdirməsi lazım olduğunu ifadə etmişdi. Çinli nazir Vanq, ötən həftə Rusiyalı həmkarı Sergey Lavrov ilə görüşmüş,bununla bağlı bir açıqlama edən Lavrov, \”iki ölkənin bir çox yerli və beynəlxalq məsələlərdə oxşar mövqeləri bölüşdüyünü\” qeyd etmişdi.

İnterpress.az