Türkan Şoray Bakıya gəlirbackend

Türkan Şoray Bakıya gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur aktrisa Bakıya noyabrın 26-da Kino Mərkəzində keçiriləcək “Uzaqlarda Arama” filminin qala-gecəsinə qatılmaq üçün səfər edəcək. Rejissoru Türkan Şoray, ssenari müəllifi Onur Ünlü olan film dramatik komediya janrında lentə alınıb. Filmin maraqlı mövzusu var – rəsmi qərarla şəhər mərkəzindən qəsəbəyə köçürülən pavilyon qəsəbə sakinləri arasında təşvişə səbəb olur. Ərlərinin pavilyona ayaq açmasından narahat olan qadınlar orada çalışan qadınlarla münaqişəyə başlayırlar. Amma qəsəbə kişilərinin əhvalı çox yerindədir. Və hələ heç kimə məlum deyil ki, bütün bu hadisələrin içində böyük bir eşq yaşanacaq…

Çox intizarla gözlənilən qala-gecəsində Türkan Şoray və yaradıcı qrupun digər üzvləri iştirak edəcək.

Filmdə Yağmur Ünal, Ekin Türkmen, Sevda Erginci, Mehtap Bayrı, Elif Atakan, Pınar Göktaş, Esra Ergün, Aslı Samat, Mustafa Uğurlu və digər aktyorlar rol alıblar.

Filmdən sonra media üçün mətbuat konfransı keçiriləcək.

İnterpress.az