Rusiya SSRİ-nin tərkibində olan respublikalarda öz təsirini möhkəmlətmək əzmindədirbackend

Rusiya SSRİ-nin tərkibində olan respublikalarda öz təsirini möhkəmlətmək əzmindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Arannews\” İran saytına isinadən xəbər verir ki, Azərbaycan Respublikasında hərbi ekspert Sülhəddin Əkbər Rusiyanı sabiq SSRİ-nin tərkibində olan respublikalarda yaranmış münaqişələrin sona çatmamasında müqəssir adlandırıb. Sülhəddin Əkbər Qarabağ münaqişəsi, həmçinin Moldova, Ukrayna və Gürcüstandakı oxşar münaqişələrə toxunub və deyib: Rusiya bu münaqişələrin davam etməsindən istifadə edərək bu respublikalarda nüfuz etmək və öz qüvvəsini bərpa etmək niyyətindədir. Hərbi məsələlər üzrə ekspert Rusiyanın hal-hazırda bu münaqişələrdən istifadə edərək, həm Azərbaycan, həm də Ermənistanda nüfuz etdiyini bildirərək əlavə edib: Rusiyanın sabiq SSRİ respublikaları, o cümlədən Qafqazdakı nüfuzuna son qoyulmadığı zamana qədər Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının xeyrinə həlli qeyri-mümkündür.

İnterpress.az