Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, əməliyyat zamanı saxlanılan dəstə üzvləri azyaşlılar olub. Məlumata görə, saxlanılan şəxslərdən 4-ü azyaşlı \”tələbə\”, 1 nəfər isə 19 yaşlı \”nurçu müəllim\” olub. 19 yaşlı şəxs mənzildə nurçuluqla bağlı xüsusi təlimlər keçirmiş. Bina sakinlərinin şikayəti əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları Moskva prospekti, 75, mənzil 78 ünvanında əməliyyat tədbirləri keçirib və 5 nəfər saxlanılıb.
Əməliyyat keçirilən mənzilin 19 yaşlı müəllim tərəfindən kirayə götürüldüyü bildirilir. Hazırda faktla bağlı tədqiqat aparılır.(trend)