Bu haqda məlumatı “Yeni Müsavat” yayıb. Qəzet bildirir ki, Eldar Mahmudovun taleyinin efirlərdə müzakirələrə çıxarılması da təsadüfi deyil. Efirə ciddi nəzarətin olduğu bir vaxtda “Mahmudov və onun komandası” haqda 2 saatlıq veriliş nümayiş olunur. Bu, oktyabrın 17-də başlanan prosesin hansı sonluqla başa çatacağına işarədir. Bu günə kimi Eldar Mahmudovun komandasına daxil olan, ölkə əhəmiyyətli bir qurumda yüksək postlar tutan 20-dən çox şəxs həbs olunub. Təxminən bu qədər “mahmudovçu” da dəmir barmaqlıqlar arxasına göndərilib.
İnterpress.az