ABŞ-dan Rusiyaya “çirkli kampaniya” ittihamıbackend

ABŞ-dan Rusiyaya “çirkli kampaniya” ittihamı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Antoni Blinken, \”Suriya sərhədində Türkiyə ilə apardığımız əməliyyatlar regionun İŞİD-dən təmizlənməsinə kömək olacaq\” dedi. Rusiyanın Suriyadakı hava əməliyyatlarını \”çirkli kampaniya\” kimi səciyyələndirən Blinken, \”Rusiya, Əsəd və İrana xidmət edir\” dedi.
Amerika Birləşmiş Ştatları Xarici İşlər Nazirinin köməkçisi Entoni Blinken İstanbulda Suriyadakı prossesləri dəyərləndirib. Antoni Blinken Atlantika Şurasının İqtisadiyyat və Enerji Sammitində çıxış edib.
Blinken, \”İndiyə qədər İŞİD-ə qarşı 8 min 200 hava hücumu təşkil olunub. Musul-Rakka arasında silah və qanunsuz neft ötürülməsi kəsildi. Suriya-Türkiyə sərhədinin 85 faizi İŞİD-dən təmizlənmiş vəziyyətdədir. Türkiyə ilə həyata keçirdiyimiz hava əməliyyatları geri qalan 112 kilometrlik hissəsinin də İŞİD-dən təmizlənməsinə kömək olacaq\” dedi.
Rusiyanın Suriyadakı hava əməliyyatlarını da tənqid edən ABŞ Xarici İşlər Nazirinin köməkçisi Entoni Blinken, \”Rusiya Suriyadakı əməliyyatların ziyanını uzun müddət hiss edəcəkdir. Əsədin, İranın və Hizbullanın xidmətinə təqdim etdiyi hava qüvvələri ilə Suriyanın əksəriyyətinə qarşı həyata keçirdiyi çirkli kampaniya səbəbindən Rusiya İslam dünyasını özündən uzaqlaşdırır\” şəklində danışdı.
İŞİD-in sosial mediadakı fəaliyyətlərinə də toxunan Blinken bunları dedi: \”Sosial mediada və mətbuatda İŞİD-in din qardaşlarına necə davrandığını göstərərək bir mücadilə veririk. 14 ay əvvəl İŞİD sosial mediada sevilirdi. Amma artıq sosial media İŞİD əleyhinə mesajlarla dolu vəziyyətdədir.\” dedi.

Interpress.az