Suriyada atəşkəs təmin olunmadıbackend

Suriyada atəşkəs təmin olunmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ərəb mətbuatına istinad edərək xəbər verir ki, Suriya ordusu ilə Azad Suriya Ordusu (ASO) və İŞİD arasındakı atəşkəs danışıqları uğursuz oldu. Son dəqiqə xəbərinə görə, açıqlama mərkəzi London olan Suriya İnsan Haqları Təşkilatından gəldi.
Dünən axşam təşkilatdan bildiriblər ki, qruplar arasında uzun müddətdir davam edən atəşkəs danışıqlarında razılıq əldə olunduğu bildirilmişdi. Bu səhər saat 06.00-da başlaması və üç gün davam etməsi nəzərdə tutulan atəşkəsin Qutada uğurlu olması halında bütün ölkəyə tətbiq edilməsi nəzərdə tutulmuşdu.

Interpress.az