İnterpress.az xarici mətbuata istinad edərək xəbər verir ki,bu mürtəce hərəkat xüsusi ilə Almaniyada yerləşən tərəfdarlarına , \”Artıq kabab yeməyin, Türkiyəyə istirahətə getməyin\” dedi.
Avropanın getdikcə müsəlmanlaşdığını iddia edən \”Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar Hərəkatı\”(PEGIDA), son mitinqini Hollandiyada təşkil etdi.
Holland rəsmiləri, \”PEGIDA\”-nın mərkəzi meydanlarda nümayiş keçirməsinə imkan vermədi.
Bunun üzərinə \”PEGIDA\”tərəfdarları mərkəzdən uzaq ərazilərdə İslam əleyhinə etiraz aksiyası keçirib.
Həddindən artıq sağçı qrup \”İslamlaşma Avropa Birliyinin intihardır\”, \”Quran zəhərdir\” yazan plakatlar qaldırdı.
İslam və emiqrantlar əleyhinə şüarlar səsləndirilərkən, \”PEGIDA\” liderlərindən maraqlı bir çağırış gəldi.
Mitinqdə çıxış edən liderlər, Avropalıların kabab yeməmsini istədilər.
Bundan başqa, Avropalıların Türkiyəyə tətilə getmələrini də istəmədiklərini bildiriblər.
\”PEGIDA\”-nın Hollandiya lideri Raffi Kohan, hicablı kassirlərin işlədiyi super marketlərdən alış-veriş edilməməsini istədi.
Hollandiya hökuməti, aksiyadan sonra \”PEGIDA\” haqqında istintaq başlanıldığını açıqlayıb.
İnterpress.az