İnterpress.az ərəb mətbuatına istinadən xəbər verir ki, İsrail Ordusu, Qərbi İordanda zorakılığı təbliğ etməkdə günahlandırdığı daha bir Fələstin radiosunu bağladı.
Dünən gecə Əl -Xəlil şəhərində eyni adlı radio stansiyaya hücum edən İsrail əsgərləri, yayım vasitələrinə də əl qoydu. Əsgərlər, daha əvvəl də Əl-Xəlildə eyni əsasla başqa bir radio kanalını bağlamışdı.
İsrail rəhbərliyi, radio kanalları Qüdsdəki İsrail fəaliyyətləri ilə bağlı \”yalanlar\” yayaraq İsraillilərə hücumları təşviq etdiyini irəli sürürdü.
İnterpress.az