Terrordan ən çox müsəlmanlar əziyyət çəkirbackend

Terrordan ən çox müsəlmanlar əziyyət çəkir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az türk mətbuatına istinad edərək xəbər verir ki, Qlobal Terrorizm İndeksinin (Global Terrorism Index) 2015-ci ilin hesabatına görə terrordan ən çox əziyyət çəkənlər yenə müsəlman ölkələrdir.

Araşdırmaya görə, təkcə İraqda ötən il terror hücumları səbəbilə 9 min 929 nəfər həyatını itirmişdir. Bu rəqəmlər bu ana qədər nəşr olunan illik hesabatlarda bir ölkə üçün ən yüksək rəqəmi təşkil edir.

Hesabatda həmçinin dünyadakı terror hücumların 78 faizinin yalnız 5 ölkədə baş verdiyinə diqqət çəkilir.İraq, Əfqanıstan, Nigeriya, Pakistan və Suriya olaraq bu ölkələrin hamısı müsəlman ölkələrdir.

Terror hadisələrində baş verən ən böyük artım isə Nigeriyada görülüb. Ölkədə ötən il 7 min 512 nəfər həyatını itirdi. 2013 ilə görə Nigeriyada terror hadisələrində 300 faiz artım olub.

Paris hücumlarından əvvəl hazırlanan hesabatda dünyada terrordan ölənlərin sayı isə 32 min 658-ə yüksəlib. Bu da əvvəlki ilə nisbətdə 80 faiz artım deməkdir.

Keçən il terrordan ən çox əziyyət çəkən 10 ölkədən 7-si müsəlman ölkələrdir.

Dünyada terrordan ən çox zərər görən ilk 5 ölkə:
1 İRAQ
2 ƏFQANISTAN
3 NİGERİYA
4 PAKİSTAN
5 SURİYA

İnterpress.az