​Qırğızıstanda zəlzələ nəticəsində 4 min evə ziyan dəyibbackend

​Qırğızıstanda zəlzələ nəticəsində 4 min evə ziyan dəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə RİA \”Novosti\”yə respublika parlamentinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, ilk yeraltı təkanlar zamanı bir çox evlərdə çatlar əmələ gəlib. Onlar yerin ikinci dəfə tərpənməsindən sonra böyüyüblər.
Hökumət evləri yaşamaq üçün yararsız hesab edilən vətəndaşlara yeni yaşayış evinin tikilməsi üçün 2,8 min dolllar məbləğində sertifikat verəcəyini vəd edib.
Xilasedicilər zərər çəkmiş ərazilərdə 300 qış çadırı quraşdırıblar. Sakinlərə ədyal və qida məhsulları verilir.
Qeyd edək ki, 20 və 21 noyabr tarixlərində Qırğızıstanda 5,1 bal gücündə silsilə yeraltı təkanlar baş verib. Seysmoloqlar ümumilikdə 7 təkan qeydə alıblar.(report)

İnterpress.az