Banqladeşdə iki siyasi lider edam edilibbackend

Banqladeşdə iki siyasi lider edam edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, edama məhkum edilən Mücahid və Çodorinin cəzaları asılaraq edam edilməklə həyata keçib.
Banqladeş Prezidenti Əbdül Həmidin, Çodori və Mücahid haqqındakı əfv tələblərini rədd etməsindən dərhal sonra həyata keçirilən edamdan sonra paytaxt Dəkkədə təhlükəsizlik tədbirlərinin artırıldığı xəbər verilir.
Edamın Banqladeş tarixinə iki müttəhimin eyni anda ilk dəfə edam edilməsi kimi düşdüyü bildirilir.
Səlahəddin Tale Çodori və Əli İhsan Mücahidin edam edilməzdən əvvəl ailə üzvləri ilə görüşdükləri öyrənilib.
Çodori, 2013-ci ildə Dəkkədəki Beynəlxalq Müharibə Cinayətləri Məhkəməsində soyqırım, ölkənin cənub-şərqindəki Çittaqonq bölgəsində çoxu Hindu 200-dən artıq adamın işgəncə ilə öldürülməsi cinayəti ilə mühakimə edilmişdi. O, 23 ittihamdan 9-da təqsirkar bilinərək həbs olunaraq edama məhkum edildi.
Beynəlxalq Cinayətlər Məhkəməsi, Mücahidi də soyqırım, cinayət, adam qaçırma və işgəncələrə görə 7 ittihamdan 5-də cinayətini sübut etmiş və ölüm cəzası vermişdi.
Baş nazir Şeyx Hasina tərəfindən müstəqillik müharibəsi zamanı iddia edilən cinayətləri törədən cinayətkarların cəzalandırılması üçün 2009-də yaradılmış Beynəlxalq Müharibə Cinayətləri Məhkəməsi indiyə qədər 19 nəfər haqqında qərar verib. Məhkəmənin mühakimə etdiyi şəxslərin böyük bir qismi ölkənin İslami dəyərləri müdafiə edən ən böyük partiyası olan \”Camaati İslami\” liderlərindən ibarətdir.