İnterpress.az xəbər verir ki, yürüşdə ədliyyə orqanlarında çalışan idman həvəskarları iştirak edib.
Nazirliyin mərkəzi aparatı və Penitensiar xidmət əməkdaşlarından ibarət velosipedçilər dəstəsinin iştirak etdiyi yürüş Dövlət Bayraq Meydanından start götürüb və Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Velosiped İdmanı Federasiyasının üzvləri də yürüşə qatılıblar.(report)