Dövlət Baxçəli Türkmən dağı ilə bağlı od püskürdübackend

Dövlət Baxçəli Türkmən dağı ilə bağlı od püskürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Partiya sədri MHP-nin nümayəndə heyətinin yaxın günlərdə Hataya gedəcəyini bildirib: “Parisə ağlasınlar, ancaq türkmənlərin öldürülməsinə sussunlar. Bayırbucaq türkmənlərinə qarşı 10 gündür ki, hücumlar var. 65 nəfər şəhid olub, 200-dən çox yaralı var. Türk milləti soydaşlarımızın fəlakətlərini üzülərək izləyir və dövlətin daha fəal olmasını gözləyir”.
Sosial şəbəkədə məsələyə münasibət açıqlayan MHP sədr “Uzaqda deyil, düz yanımızdadır, yayladağının tam qarşısında Türkmən dağı var. Və yanır, qanayır. Torpağa düşən hər bir türkmənlə bərabər bizim də bir tərəfimiz çökür, hər tərəfimiz susur. Parisə ağlasınlar, amma türkmənlərə sussunlər. Kərkükdə ölürük, Duzhurmatuda güllələnirik, Bayırbucaqda havadan və yerdən bombalanırıq. Türkmənlər can verirlər. İnsanlıq isə sanki kordur. Türkmənlərin həyatına göz dikilib, ancaq bu, hec kəsin vecinə deyil. Türk millətinin başı sağ olsun. Bizim üçün Türkmən dağının Erciyesdən, Toroslardan heç bir fərqi yoxdur”,- deyə vurğulayıb.
Türkiyə dövlətini məsələyə müdaxiləyə çağıram MHP sədri “Çox danışmaqla bir şey olsaydı, aslan yox, tutuquşu meşənin şahı olardı. Buna görə də danışmaq yerinə icraata keçmək lazımdır. Mövlana deyərdi ki, alov odunun çoxluğundan üzülərmi? Qəssab qoyun sürüsündən qorxarmı? Təhdid çoxdur deyə çəkinmək doğrudurmu? Türkmən qardaşlarım, haqlısınız və mütləq qalib gələcəksiniz. Mən hər zaman sizinləyəm”,- deyə Baxçəli bildirib.

Interpress.az