Elektrik dirəyindən yıxıldı – SAMUXDAbackend

Elektrik dirəyindən yıxıldı – SAMUXDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, Samux rayon Sərkar kənd sakini, 1963-cü il təvəllüdlü Mobil Babayev sağ ayağın sınığı xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə M. Babayev qonşusunun evində elektrik enerjisini bərpa etmək üçün sərxoş vəziyyətdə elektrik dirəyinə çıxıb və oradan yıxılaraq xəsarət alıb.

İnterpress.az