“Pravda” qəzeti :Terrorun kökü Türkiyə, Qətər və Ərəbistandadır.backend

“Pravda” qəzeti :Terrorun kökü Türkiyə, Qətər və Ərəbistandadır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiyada nəşr olunan “Pravda” qəzetinə istinad edərək xəbər verir ki, Rusiyanın Suriyada İŞİD-ə qarşı əməliyyatları BMTTŞ-ı bəyannaməsinin 51-ci maddəsinə görə qanuni olduğunu yazan “Pravda” qəzeti, bu hücumların, qlobal terrorizmin havadarları olan Türkiyə, Qətər və Ərəbistana bir xəbərdarlıq olduğunu bildirib.

Qəzet, Sina səhrasında qəzaya uğrayan Rus təyyarəsinə qarşı terror aktında Qətəri günahkar adlandırıb.

Qəzet, Qətər rejimini Ərəbistanla birlikdə dünya miqyasında terror hücumlarının havadarları olduqlarını, İraq və Suriyada terror hücumlarının Doha və Ər-Riyadda planlaşdırdığını qeyd edib.

Qəzet ayrıca, bu iki ölkə Türkiyə ilə birlikdə beynəlxalq məhkəmədə, terror aktları üzündən mühakimə olunmaları vaxtının gəldiyini vurğulayıb.