İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki, artıq türkmənlər yaşayan ərazilər Əsəd rejiminin nəzarət etdiyi bölgələrə əlavə edildi. \”Biz 5 ildir ki, bu müharibə şəraitində, beynəlxalq arenada hələ də öz varlığımızdan bəhs ediriksə, buda ana vətənimizin bizə vermiş olduğu dəstəyə görədir\”, – deyən Mustafa, \”Amma Bayırbucaqda olan hadisə həqiqətən çox böyük bir hadisədir. Türkmənlərin kökünü kəsmək məqsədi güdülür. Türkmən dağındakı son vəziyyəti bilirsiniz. Orada cümə günü böyük bir bombardıman baş verdi. Türkmən dağında təpələr var. Kızıldağ dediyimiz yamac Türkmən dağı içindəki bir təpədir. Oranı aldılar. Ora da çox strateji bir regiondur. Buna görə də bizim yamac tamamilə Əsəd rejiminin mənzili altına girdi. Bizim oradakı insanlarımız bombaların altında yaşamağa çalışırlar. Müxtəlif silahlar istifadə edilib. Yamada da bizim Yayla dağının o biri tərəfində, Suriya torpağında sərhədə yaxın bir çadır şəhər var. Kürd dağından gələn ərəb qardaşlarımız var . Həm Kürd dağından, həm də Türkmən dağından əlavə qüvvələr gəlir. Böyük bir əhali izdihamı var . Allah qorusun ! Bayırbucak məğlub olmayacaqdır. Elə bir şey olsa, Türkiyədə çox böyük bir köç hadisəsi yaşanacaqdır.\” Deyə Mustafa danışdı.
İnterpress.az