İnterpress.az xarici mətbuata istinad edərək xəbər verir ki, Birgə Əməliyyatlar Departamentinin verdiyi açıqlamaya görə, dünən Şərqat Rayonuna bağlı Cırna kəndində çoxsaylı İŞİD üzvünün toplandığı bir ərazi İraq Ordusu və koalisiyanın hərbi hava qüvvələri tərəfindən bombalanıb.
Açıqlamada, keçirilən əməliyyat nəticəsində 65 İŞİD terrorçusunun zərərsizləşdirildiyi və təşkilata məxsus 52 avtomobilin məhv edildiyi bildirilib.
Ölənlər arasında təşkilatın \”Dəclə Komandanlığı Səlahiyyətli Nümayəndəsi\”-nın də olduğu bildirilib.
Eyni bölgədə aparılan başqa bir əməliyyatda isə, İŞİD-ə məxsus 12 maşın məhv edilərkən, hərəkətdə olan təşkilat mənsublarının hamısının öldüyü bildirilib.
Əməliyyatın ardından cəsədlər terror təşkilatı üzvləri tərəfindən Mosuldakı \”Cümhuri Xəstəxanası\”-nın morquna çatdırılıb.
İnterpress.az