İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, mitinq iştirakçıları Avropada yaşayan bütün insanların vətəndaş hüquqlarının qorunması və təmin edilməsini tələb ediblər.
Mitinq iştirakçıları həmçinin ekstremistlərin bəzi hərəkətlərinə görə, müsəlmanlara qarşı mənfi baxışlardan çəkinməyi tələb ediblər.
Eyni zamanda, İtaliya müsəlmanları da, Parisdə törədilmiş terror aktlarına qarşı etirazlarını bildirmək üçün Romada nümayiş keçiriblər.
İtaliya İslam İcmaları Birliyi tərəfindən təşkil olunmuş nümayişdə bu ölkədə yaşayan müsəlmanlar terrorizmin İslam dini ilə əlaqələndirilməsini pisləyən şüarlar səsləndiriblər. Qurumun sədri İzzəddin Əlzir bütün İslam dünyasının terrorizmi pislədiyini bildirib. O deyib ki, bu nümayiş müsəlmanların terrorizmə qarşı olduğunu göstərir.
İtaliya İslam Dini İcması bu ölkədə yaşayan bütün müsəlmanları terrorizmə qarşı birləşməyə çağıran müraciət yayıb. İtaliya İslam Konfederasiyası da daxil olmaqla, bu ölkədə fəaliyyət göstərən bir çox müsəlman qurumlarının nümayəndələri müraciəti imzalayıblar.
Qeyd edək ki, bir müddət öncə İŞİD terror qruplaşmasının üzvləriin Parisdə törətdiyi cinayətlər nəticəsində 130 nəfər həlak olmuş və 350 nəfər isə yaralanmışdı.
İnterpress.azhttps://youtube.com/watch?v=XFFEdtr0UZo