Şotlandiyada İslam Peyğəmbərindən bəhs edən filmə qadağabackend

Şotlandiyada İslam Peyğəmbərindən bəhs edən filmə qadağa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinad edərək xəbər verir ki, İran kinematoqrafiyasının ən bahalı filmi sayılan “Məhəmməd Allahın elçisi”dir Şotlandiyada kinoteatrlardan yığışdırılıb.

Məlumata görə, Qlazqo şəhərinin kinoteatrlarından birində bu ilin dekabrında nümayişi planlaşdırılan “Məhəmməd Allahın elçisi” filmin afişaları yığışdırılıb.
Peyğəmbərin həyatı haqqında bəhs edən filmin kinoteatrda göstərilməməsinin səbəbi yüzlərlə insanın anonim şikayətləri olub.Məlumdur ki, şikayət edənlər Nigeriya, Bəhreyn və Saudiyyə Əribistantan ölkələrinin vətəndaşlarıdırlar.
“Məhəmməd Allahın elçisidir” adlı filmin çəkilişləri 7 il davam edib. Üç seriyadan ibarət olan filmin çəkilişinə 40 milyon dollar vesait sərf olunub. İran İslam Respublikasının istehsalı olan “Məhəmməd Allahın elçisidir” filminin rejissoru Məcid Məcididir. Onun sözlərinə görə, bu ekran əsəri Peyğəmbərin həyatı haqqında ilk trilogiya olmalıdır.
Məcid Məcidi, filmin rejissoru bildirib ki, Yeni film Məhəmməd Peyğəmbəri təhqir edən və İslamı aşağılayan \”Müsəlmanların məsumiyyəti\” filminə layiqli cavab kimi hazırlanıb.
Bununla belə, Qahirədəki nüfuzlu Əl-Əhzər Universiteti filmin nümayişinə qarşı çıxır.
Əsərin Peyğəmbərimiz barədə indiyədək çəkilmiş bütün filmləri ustalıq, sənət və səviyyə baxımından geridə qoyduğu iddia olunur. Film ingilis dilindədir.

İnterpress.az