\”İqamətgahdan lövhə və bayraq artıq götürülüb. Mən iqamətgahı tərk edirəm.Bu ev müqaviləsinin vaxtından əvvəl pozulmasına görə, mülk sahibi bizə cərimə ödəməlidir. Mən artıq mərkəzdə ev kirayələməyə macal tapdım\”, – Manukyan bildirib.
Əgər heç bir problem olmayıbsa,səfir niyə evi tərk etmək qərarına gəlib? sualına cavabında Manukyan qeyd edib ki, bu evin ona aid olduğu bütün müddət ərzində bu məsələ ilə bağlı heç kim bizə müraciət etməyib. \”Hüquq-mühafizə orqanları bunu mənə deyə bilərdi, və mən də məmnuniyyətlə bu evi tərk edərdim. Mənə heç kim heç nə deməyib. Bu elan 2 gün əvvəl verilib. Bu elan hadisəsi xüsusilə erməni KİV-lərində böyük səs-küy doğurdu. İndi mən bu evi tərk edirəm\”, – deyə səfir qeyd edib.
Qeyd edək ki,dünən mətbuatda belə bir yazı gedib :Kiyevdə ,Miçurin küçəsi ev 31 ünvanında , qapıda asılan bir elan lövhəsində belə yazılıb: \”Ermənistanın Ukraynadakı səfirinin İqamətgahı\”.
Mətbuatda gedən xəbərlərə əsasən, bu malikanə Meşə Ehtiyatları Agentliyinin keçmiş rəhbəri Viktor Siveçin həyat yoldaşı Marina Juravlyovaya məxsusdur.O, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə yaxınlığı ilə tanınır. KİV-in versiyasına görə səfirin iqamətgahı toxunulmazdır və bu Kiyevdəki məlum hadisələrdən sonra Yanukoviçə yaxınlığı ilə tanınan adamlara imkanı verir ki, axtarışlardan yaxa qurtarıb orada gizlənə bilsinlər.
Manukyan deyir ki, o, hələ 2013-ci ildə bu evi icarəyə götürüb.O zaman heç kəs güman edə bilməzdi ki, ölkədə hakimiyyət dəyişikliyi baş verəcək.
İnterpress.az