İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki, Cənubi Kiprdə kəşfiyyat adaya dini ekstremist və radikal təşkilatların üzvlərinin daxil olaraq terror törədə biləcəkləri haqda həyəcan siqnalı verib.
Polis mənbələrinə görə beşi Türk, biri Əlcəzair mənşəli 6 Fransa vətəndaşı, şənbə axşamı \”Easy Hava Yolları\” ilə İsveçrənin Bazel şəhərindən Cənubi Kiprin Larnaka şəhərinə gəliblər. Təhlükəsizlik qüvvələri verilən məlumatların nəzarəti və Cənubi Kiprə gəliş səbəbləri ilə bağlı suallardan sonra, ikisi Türk və biri Əlcəzair mənşəli 3 nəfəri, səyahətlərinin turist səfəri ilə bağlı olması barədə yetərli məlumat verə bilmədiklərindən, bu səbəblə də onları nəzarət altına aldı.
Rum kəşfiyyat mənbələri İnterpol və Europoll ilə məşvərətə başladı. Polis mənbələrinə görə 6 nəfərdən iksinin 33, ikisinin 32, birinin 31 və digər birinin 16 yaşlarında olduğu öyrənilib. Rum mətbuatı bu şəxslərin 21-24 noyabr tarixli səfərləri zamanı Şimali Kiprə keçməyi planlaşdırdıqlarını iddia edib.
İnterpress.az