Rusiya qırıcıları Azərbaycan üzərindən uçurbackend

Rusiya qırıcıları Azərbaycan üzərindən uçur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın İŞİD-ə qarşı apardığı hərbi əməliyyat çərçivəsində bu ölkəyə məxsus qırıcılar Azərbaycan üzərindən uçur.

ANS PRESS-in məlumatına görə, bu haqda Rusiyanın Birinci kanalının həftəlik \”Voskresnoe vremya\” verilişində nümayiş olunan sujetdə deyilir. Məlumata görə əməliyyatlarda TU 22M-3 hərbi qırıcıları istifadə olunur.

\”TU 22M-3 Mozdokda havaya qalxıb. Türkiyədən yan keçərək Azərbaycan, İran və İraq üzərindən uçaraq Suriyanı bombalayıblar. Strateji aviasiya isə Engelsdəki aerodromdan havaya qalxıb\”, – süjetdə belə deyilir. Birinci kanalın müxbiri həmçinin qeyd edir ki, TU-160 və TU 95qırıcıları əvvəlcə Qazaxıstan daha sonra Xəzər dənizi üzərindən uçuş həyata keçiriblər. Qanadlı raketlərin buraxılışı isə İran ərazisi üzərindən həyata keçirilib.

İnterpress.az