Bakıda test edilən iri avtobus nə vaxt xəttə buraxılacaq?backend

Bakıda test edilən iri avtobus nə vaxt xəttə buraxılacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun sözlərinə görə, Bakıda müəyyən marşrut xətləri var ki, orada avtobusların böyük sıxlığı müşahidə olunur: \”Bu məqsədlə Azərbaycana yeni iritutumlu avtobus gətirilib. Sınaqdan keçirilən avtobus 170 nəfər tutur, uzunluğu 18 metrdir. Fransanın ən məşhur şirkətlərindən birinin istehsalıdır”.

N.Allahyarova bildirib ki, hələlik sözügedən avtobusun Bakıya neçə ədəd gətiriləcəyi və nə vaxtdan xəttə buraxılacağı barədə məlumat yoxdur.

O vurğulayıb ki, bütün bunlar testin nəticələrindən sonra bəlli olacaq: \”Avtobus 1 nömrəli xətt üzrə marşruta buraxılıb. Həm yol, həm də sərnişin tutumu baxımından test üçün uyğun olan marşrutu seçmişik. Testin nəticələrinə uyğun addım atacağıq. Hissələri qarmoşka ilə ayrılan avtobusun şəhərdə hərəkətinin rahat olub-olmaması hələ məlum deyil. Ona görə də xəttə bir neçə yox, bir ədəd yeni avtobus buraxdıq. Bunun da nəticələri axşama bəlli olacaq”.(trend)

İnterpresss.az