Özünü yandıran kişinin xanımı: “Maşını qanunsuz aldılar”backend

Özünü yandıran kişinin xanımı: “Maşını qanunsuz aldılar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

A. Hüseynova açıqlamasında bildirib ki, həyat yoldaşı bank vasitəsilə “Hyundai” markalı maşın götürüb: “Bu vaxta kimi banka 9000 manat ödəmişik. Faizlə birgə 12 min manat borcumuz qalmışdı. Noyabrın 21-də uşaq qabaqda əyləşdiyi üçün polis maşını saxlayıb və cərimə yazıb. Polis müəyyən edib ki, bank maşını axtarışa verib. İki aydır ki, borc ödənilməyib. Maşını cərimə meydançasına aparıblar. Polis banka xəbər verib, bank da maşını aparıb. Məhkəmə qərarı olmadan bank maşını müsadirə edib. Yoldaşım banka müraciət etsə də, maşını qaytarmayıblar. Buna görə də zəng edib dedi ki, bezmişəm və özümü yandıracağam”.

Xanımının sözlərinə görə, maşın Muğanbankın filial müdiri Süleymanın (Soyadını dəqiqləşdirə bilmədik) adına keçirilib.

Qeyd edək ki, hazırda Malik Hüseynovun vəziyyəti orta ağırdır.

İnterpress.az