FlyDubai təyyarəsində insidentlə bağlı yeni təfərrüatlar məlum olub.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. 30 sentyabrda Dubaydan Təl-Əvivə uçan Flydubai uçuşunda baş verən dramatik hadisələrlə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
Məlumata görə, insident zamanı Boeing 737 iki dəfə hündürlük itirib və yerə çırpılmasına cəmi 30 saniyə qalmış təhlükəli vəziyyətdə olub.
Bir neçə dəqiqə ərzində sərnişinlər müdaxilə etmək məcburiyyətində qalıb və bir neçə nəfər xilasetmə işlərində iştirak edib.
FZ1073 reysinin göyərtəsində 174 nəfər olub. Nəticədə hamısı xilas edilib.

Xuraman Etibarlı
İnterpress.az






