İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Alp dağlarının ikinci ən yüksək təpəsi kimi bilinən Roza zirvəsi xizəkçilərin sevimli məkanıdır. Ancaq qlobal istiləşmənin çox yaxında dağ idman növlərini vuracağı gözlənilir.
İtaliya Milli Araşdırma Şurasından geoloq Covanni Mortara mətbuatın suallarını cavablandırıb:
\”Buz təbəqəsində dramatik bir nazikləşmə kəşf etdik, bu il gündə 10 santimetrelik bir ərimə mövcuddur\”.
Geoloqlar buzlaqların hərəkətlərinə və qalınlığına baxıb keçmişdəki dəyişiklikləri nəzərə alaraq gələcəyin ərimə sürətini öncədən görürlər.
Pavia Universiteti qeoloqu Silvia Seno gələcək prossesləri bildirdi:
\”Buzlağın ələcək günlərinin ssenarisi yalnız bir dənə deyil. Ən yaxşı halda qlobal temperatur yüz il ərzində bir dərəcə bəlkə də daha az artacaq. Ən pis ssenaridə isə bu temperatur artımı 5 dərəcə ola bilər. Ancaq ən müsbət, ya da ən pessimist proqnozda belə dağ buzlaqları yox olacaq\”.
Buzlaqların əriməsi Alp yamaclarındakı qəsəbələrdə təmiz su ehtiyatlarını azaldar.
İnterpress.az