İraq 43 il sonra ən gözəlini seçdibackend

İraq 43 il sonra ən gözəlini seçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər veri ki, Mədəniyyət, İncəsənət və Media Qrupu \”Əl-Mada\” tərəfindən \”İraqın gözəlini seçirik\” adı ilə Bağdaddakı \”İştar Sheraton Oteli\”ndə keçirilən müsabiqədə 10 namizəd yarışıb. Namizədlər arasında olan Şeyma Qasım, jüri üzvləri tərəfindən 2015-ci ili İraq gözəli seçilib.

Müsabiqənin təşkilatçısı Humam Ubeyd, \”İraqda 1972-ci ildən bəri belə müsabiqə təşkil olunmadı. 150 müraciətdən 110 nəfəri müsahibəyə çağırdıq və aparılan müzakirələr nəticəsində 10 nəfər müsabiqədə iştirak etdi. Bunların arasında İraq gözəli seçilən Şeyma kimə Qasım, dünya gözəllik müsabiqəsində ölkəmizi təmsil edəcək\” dedi.

Ubeydi, \”Bu yarışmayla dünyaya Bağdadda yalnız terror və müharibə deyil, həyat ilə sənətin olduğunu və buna meyl göstərən potensial gənclərin də var olduğu mesajını vermək istədik\” deyə danışdı.

Gözəllik müsabiqəsinə Bağdadda yerləşən xarici missiya nümayəndələri, İraqlı bəzi nazir, siyasətçi və sənətçilər iştirak edib.

İraq 43 il sonra ən gözəlini seçdi

İnterpress.az