Kanalın ekspertləri Ceymi Karrager və Ed Çemberlen statistik göstəricilər və kompüter qrafikasının köməkliyi ilə futbolçuların Almaniya ilə final matçındakı hərəkətlərini analiz edəcəklər.
Verilişdə həmin oyunun iştirakçıları, eləcə də, qapıçı Qordon Benks və het-trik müəllifi Ceffri Herst ilə müsahibə təqdim olunacaq. Bundan başqa müasir texnologiyalardan istifadə etməklə müəlliflər “Üçüncü qolda top qapını keçmişdimi?\” sualına birmənalı cavab tapmağı vəd edirlər. Veriliş 2016-cı il yanvarın 4-də efirə gedəcək.
Əldə olan videotəkrarlardan heç biri hakimin qərarının düzgünlüyü barədə mühakimə yürütməyə imkan vermir. Həmin qarşılaşmanın baş hakimi Qotfrid Dinst azərbaycanlı laynsman Tofiq Bəhramovla məsləhətləşdikdən sonra əminliklə mərkəzi göstərib. İllərlə müzakirə mövzusu olan bu görüş İngiltərə millisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.(azertac)
İnterpress.az