Bu barədə İranın Quru qoşunlarının komandanı Əmir Əhməd Reza Purdastan bazar ertəsi bəyan edib.
“Fevral-mart aylarında İŞİD yaraqlıları İran ərazisinə daxil olublar, kamekadze kəməri olan iki terrorçu Quru qoşunlarının qüvvələri tərəfindən dərhal məhv ediliblər”, – Purdastanın sözlərindən “Tasnim” agentliyi sitat gətirib.
İran hərbçisi hücumun ölkənin hansı ərazisində baş verdiyini dəqiqləşdirməyib, amma qeyd edib ki, hazırda sərhədlərdə heç bir təhlükə yoxdur.(mir.az)
İnterpress.az