Ermənistan KİV-nə istinadla verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında ölkənin xarici işlər nazirinin müavini Savarş Koçaryan deyib.
XİN rəsmisi Roqozinin Rusiyanın Azərbaycana silah satışı ilə bağlı danışarkən “söz ifrazatı” və “selik” kimi ifadələr işlətməsini düzgün hesab etmədiyini vurğulayıb.
“Dövlət xadimi belə formada danışmamalıdır. Bu, məmura xas danışıq deyil. Şəxsən mən özüm belə danışıq üslubundan istifadə etməyi bacarmıram”.
Dmitri Roqozin \”Exo Moskvı\” radiostansiyasına müsahibəsində müharibənin soyuqqanlılıq tələb etdiyi deyərkən istifadə etdiyi epitetlər diqqə çəkib.
\”Axı silahlar özləri atəş açmır, onları insanlar atır.
Ancaq bir daha demək istəyirəm ki, səfərimdən sonra birbaşa söz ifrazatıyla dolu qorxunc demaqoqiya başlayıb\”.(modern.az)
İnterpress.az