Bu sözləri Təbrizin imam cüməsi Ayətullah Müctəhid Şəbistəri ötən həftə cümə namazı xütbəsində deyib.
Xütbəsində son Qarabağ hadisələrinə toxunan ayətullah Şəbustəri bildirib ki İran işğalın əleyhinədir və İslam Respublikası Azərbaycana dəstək verir.
İmam-cümə İsrailin Qarabağ müharibəsindən bəhrələndiyini deyərək, münaqişənin sülh yolu ilə həll edilməsini istəyib.
Təbrizin imam cüməsi sonra deyib: İslam dini ilə mübarizə və müsəlmanların zəiflədilməsi elə bir siyasətdir ki, imperializm bu siyasət vasitəsilə İslam ölkələrinin maddi və mənəvi sərvətlərini qarət etmək ardıncadır və onun yeganə həll yolu müsəlmanlar arasında birlik və vəhdətin qorunması və işğal edilmiş islami məntəqələrin azad edilməsinə səydir.
İslam dininin sülh və dostluq dini olduğunu bildirən ayətullah Müctəhid Şəbistəri sonra deyib: Müsəlmanlar hər cür müharibə, təcavüzkarlıq və müstəmləkəçiliklə müxalifdirlər və bütün münaqişələr və toqquşmaların həll yolunun sülh və barışla nəticələnən danışıqlar olduğu qənaətindədirlər.
Təbrizin imam cüməsi sonra əlavə edib: Tarix, Amerika və sionist İsrail rejiminin dünyada saziş yaratmaq istədiyi planların, yalnız öz hədəfləri və mənafelərinə çatmaq uğrunda olduğunu göstəribdir və Amerika və sionist rejimə etimad həmişə İslam Dünyasının zərərinədir.(islaminsesi.org)
İnterpress.az