İnterpress.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Tacikistanla Əfqanıstanın sərhədində yaxalanan Məhmədəli Əhmədov qətli törədən 2 azərbaycanlını hadisə yerinə gətirib.
Artıq o, təyyarə ilə Tacikistandan Moskvaya, oradan isə Sızran şəhərinə gətirilib.
Qeyd edək ki, Sızran rayonunun polis rəisi Andrey Qoşt və onun 5 ailə üzvünün qətli aprelin 24-nə keçən gecə İvaşevka kəndində baş verib.
Cinayətdə şübhəli olaraq 3 azərbaycanlı – Orxan Zöhrabov, Roman Fətəliyev və İslam Babayev artıq həbs olunub.
İnterpress.az